Qaradağda maşın dərəyə aşdı

qaradagda-masin-dereye-asdi
Oxunma sayı: 2111

Bakının Qaradağ rayonu ərazisində “Chery” markalı minik maşını dərəyə aşıb.

“Qafqazinfo”nun xəbərinə görə, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan bir nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq, aidiyyəti üzrə təhvil veriblər.