Qaradağda məşəl hazırlığı

qaradagda-mesel-hazirligi
Oxunma sayı: 876


Belə ki, qəsəbə ərazisindən Qobustan tarixi-bədii qoruğuna gedən yolu əhatə edən 10 km-ə yaxın ərazidə yollara və səkilərə yeni asfalt örtüyü salınır, bordyurlər qoyulur, küçə işıqları quraşdırılır, yol kənarı obyektlərin fasadları müasir tipli fasad örtüyü ilə üzlənir,yolların ətrafları abadlaşdırılır, dekorativ istinad divarları çəkilir, fərdi yaşayış evlərinin hasarları əsaslı təmir edilir və rənglənir, yeni giriş qapıları qoyulur.

Bundan başqa əhalinin asudə vaxtını səmərəli təşkil etmək üçün parklar salınır, ağaclar, kollar, güllər əkilir, süni ot örtüyü salınır, landşaft elementlərindən ibarət maraqlı kompozisiyalar yaradılır.