Qaradağda Mətbuat günü münasibətilə tədbir keçirilib - Foto

Qaradağda Mətbuat günü münasibətilə tədbir keçirilib
Oxunma sayı: 366

21 iyulda 22 iyul Milli Mətbuat günü münasibəti ilə Qaradağ Rayon İcra Hakimiyyətinin konfrans zalında tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı aparatın məsul işçiləri, “Azərbaycan”, “Xalq”, “Respublika”, “İki Sahil”, “Yeni Azərbaycan”, “Kaspi”, “Yeni Müsavat” və digər qəzetlərin, “AzərTac”, “Səs” İnformasiya Agentliklərinin, Az.TV, İctimai, ATV, Space, Lider televiziya kanallarının, “Trend”, digər saytların əməkdaşları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Emil Abbasov Milli mətbuatımızın yaranmasından 143 il ötdüyünü bildirərək, bütün mətbuat nümayəndələrini ürəkdən təbrik edib. Qeyd edib ki, “143 illik tarixi olan Azərbaycan milli mətbuatı özünəməxsus ənənələr yaradıb. Mətbuatımızın yaradıcısı Həsən bəy Zərdabidən başlayaraq, günümüzə qədər böyük qələm ustaları milli təfəkkürün inkişafı üçün misilsiz xidmətlər göstərərək xalqımızın maariflənməsinə böyük töhfələr veriblər.  

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının müavini Təranə İsmayılova çıxış edərək, Ulu öndər Heydər Əliyevin siyasi iradəsi və səyləri nəticəsində mətbuata, söz azadlığına qoyulan bütün süni maneələrin aradan qaldırılaraq, kütləvi informasiya vasitələrinin işini tənzimləyən, beynəlxalq standartlara uyğun qanunvericilik bazasının təkmilləşdirilərək KİV haqqında Qanunun təsdiq olunmasını vurğulayıb.

Tədbirin sonunda Qaradağ Rayon İcra Hakimiyyəti adından KİV nümayəndələrinə hədiyyələr təqdim olunub.

 




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi