Müşavirədə Bakı Regional Mərkəzinin rəis müavini tibb xidməti polkovniki Cəfər Məmmədov “Su hövzələrində əhalinin təhlükəsizliyinin təmin olunmasında Bakı Regional Mərkəzinin yerli icra hakimiyyəti orqanları ilə birgə fəaliyyəti” mövzusunda çıxış edib.
Çıxış edən natiqlər Qaradağ Rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi rayonun aidiyyəti təşkilatları ilə birgə su hövzələrində rayon əhalisinin təhlükəsizliyinin təmin olunması üçün müvafiq məqsədyönlü işlərin görməsindən, su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi məsələsinin birinci və əsas faktor olduğundan danışıblar.
Qeyd edilib ki, dəniz kənarlarında istirahət və idman edən vətəndaşların təhlükəsizliyinin təmin olunması üçün Dövlət Sularda Xilasetmə Xidmətinin əvvəlki illərdəki fəaliyyəti təqdirəlayiq hesab edilir və təbii ki, bu ildə bu istiqamətdə onlar öz işlərini müvəffəqiyyətlə quracaqlar.
Rayon ərazisində olan çimərliklərdə problemlərin müəyyən olunması və onların aradan qaldırılması məqsədi ilə rayonun aidiyyəti təşkilatları mütəmadi monitorinqlər keçirilib. Artıq bir neçə ildir Şıx çimərliyində suların çirkli olması və bu çimərlikdən istifadəyə qadağan qoyulmuş, lakin insanların qadağaya baxmayaraq yay aylarında bu sahilə üz tutduqları qeyd olunub.
Yay mövsümü ərzində əhalinin mənalı istirahətinin təşkili məqsədi ilə çimərlik sahələrində müvafiq işlərin görülməsi, çimərlik sahələrində əhaliyə tibbi xidmətin göstərilməsi və çimərliklərdə dəniz suyunun təmizlik vəziyyəti daim nəzarətdə saxlanılması bir daha vurğulanıb.
Son xəbərlər
Son Xəbərlər