Qaradağda müşavirə keçirildi

Qaradağda müşavirə keçirildi
Oxunma sayı: 792

Bu gün Qaradağ Rayon İcra Hakimiyyətinin kiçik akt zalında məhərrəmlik ayı ərəfəsində müşavirə keçirilib.

“Qafqazinfo” xəbər verir ki, müşavirədə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov, müavin Nadir Muradov, Aparatın İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov, həmin şöbənin müdir müavini Yusif Nəsibov, Dini Qurumlarla iş Üzrə Dövlət Komitəsi Bakı şəhər şöbəsinin müdiri A.Kazımov, Qaradağ rayonunun Lökbatan, Sahil, Müşviqabad, Qızıldaş və Ümid qəsəbə məscidlərinin imamları, dini icma rəhbərləri iştirak ediblər. 

Müşavirəni Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov açaraq məhərrəm ayı ərəfəsində məscidlərdə olan dini durumun vəziyyəti barədə danışmış və keçiriləcək din mərasimlərin tələbi olunan qaydalara uyğun aparılması barədə tövsiyələrini bildirib. 

Müşavirədə çıxış edən rayon İcra hakimiyyəti başçısının müavini Nadir Muradov məhərrəmlik ayında Qaradağ rayonunda məscidlərdə dini mərasimlərin layiqincə yerinə yetirilməsi barədə görüləcək işlər haqqında danışıb. 

Tədbirin sonunda müşavirəni yekun sözü ilə bağlayan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov tədbir iştirakçılarına öz təşəkkürünü bildirib və görüləcək tədbirlərdə maksimum məsuliyyətli və ciddi olmalarını tövsiyə edib. 

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi