Qaradağda “Ölkəmizi tanıyaq” adlı tədbir keçirilib - Foto

qaradagda-olkemizi-taniyaq-adli-tedbir-kecirilib
Oxunma sayı: 896

Bu gün Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində “Ölkəmizi tanıyaq” tur-aksiyasına həsr olunmuş tədbir keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov, Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavinləri, rayon icra hakimiyyətinin əməkdaşları, ziyalılar, məktəb direktorları, valideynlər iştirak ediblər.

Tədbirdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov bildirib ki, Azərbaycanın orta ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” devizi altında vətənimizin müxtəlif bölgələrinə maarifləndirici tur-aksiyalarının təşkil olunması artıq ənənə halını alıb: “Layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır”. 

Bildirib ki, tur-aksiya çərçivəsində 13-16 noyabr tarixlərində Qaradağ rayonundan olan 40 məktəbli Gəncə-Şəmkir-Göygöl istiqaməti üzrə səfər edəcək və eyni zamanda, tarixi məkanlarla, yeni tikililərlə yaxından tanış ola biləcəklər. Gəncə şəhərində Qədim qala divarları, Gəncə tarix diyarşünaslıq muzeyi, “İmamzadə” Kompleksi, Nizami Gəncəvinin məqbərəsi, Şəmkirdə “Orta əsr Şəmkir şəhəri”, Alman kilsəsi, “İstiqlal” parkı, Göygöldə Heydər Əliyev Mərkəzi, Bayraq meydanı, Göygöl milli parkı və digər məkanlara ekskursiya şagirdlərin yaddaşında qalacaq.

Sonda məktəblilər rayon icra hakimiyyətinin əməkdaşları, rayon ictimaiyyəti, müəllimlər və valideynlərin iştirakı ilə Gəncə, Şəmkir və Göygöl istiqamətinə yola salınıblar.