Qaradağda on milyonuncu sakinlə bağlı tədbir keçirilib - Fotolar

qaradagda-on-milyonuncu-sakinle-bagli-tedbir-kecirilib
Oxunma sayı: 1059

Xəbər evrdiyimiz kimi, aprelin 6-da keçmiş Ağdərə rayonunun sakinləri, hazırda Ağdam rayonunun Baş Güneypəyə kəndində qeydiyyatda olan məcburi köçkün Ocaqova Nigar Çərkəz qızı ilə Həsənov Rauf Yunis oğlunun ailəsində Azərbaycanın 10 milyonuncu sakini dünyaya gəlib.

“Qafqazinfo” xəbər verir ki, 7 apreldə səhər saatlarında Azərbaycanın 10 milyonuncu sakinin dünyaya gəlməsi münasibətilə Qaradağ rayonunda agacəkmə aksiyası keçirilib. Keçirilmiş ağacəkmə kompaniyasında rayonun müxtəlif ünvanlarında 600 ədəd ağac əkilib.

Daha sonra günorta ölkənin 10 000 000 vətəndaşı dünyaya gəlməsi münasibətilə rayon gəncləri Lökbatan qəsəbəsi Heydər parkının qarşısında toplaşaraq flaşmob keçiriblər, 10 000 000 sözünü yazıblar.

Axşam saatlarında Azərbaycanın 10 milyonuncu sakinin dünyaya gəlməsi münasibətilə Qaradağ rayonunda konsert proqramı təşkil edilib. Tədbir iştirakçıları rayonun incəsənət və mədəniyyət kollektivlərinin bir birindən maraqlı ifalarını izləyib, incəsənət ustalarının ifasında şən mahnıları dinləyiblər. Proqram zamanı iştirakçılar göyə rəngarəng şarlar və göyərçinlər uçurdublar.

Konsert proqramı atəşfəşanlıqla başa çatıb və rayon sakinləri atəşfəşanlığa maraqla tamaşa ediblər.