Qaradağda prezidentin müşavirəsi ilə bağlı yığıncaq

qaradagda-prezidentin-musaviresi-ile-bagli-yigincaq
Oxunma sayı: 1077


“Qafqazinfo”ya daxil olan məlumata görə, hesabat yığıncağında çıxış edən rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov qeyd edib ki, ötən ilin yekunlarına əsasən rayon üzrə sənaye məhsulunun ümumi həcmi 670 milyon manatlıq və ya 21, 9 % çox sənaye məhsulu istehsal edilmiş və ya xidmətlər göstərilib.  2014-cü ilin yanvar-dekabr aylarında avtomobil nəqliyyatında fəaliyyət göstərən müəssisələr tərəfindən  9,9 milyon manatlıq xidmətlər göstərilib. Sosial-iqtisadi sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına 591 milyon manat investisiyadan istifadə edilib. İstifadə olunmuş vəsaitin 433,2 milyon manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub. İqtisadiyyatın aparıcı sahəsini təşkil edən neft və qaz sənayesi müəssisələrində 524,6 min ton xam neft və 746,1 milyon kub metr təbii qaz hasil olunub. Rayon üzrə 2 milyon ton sement, 145,8 min ton mişar daşı  istehsal edilib. Hesabat ilində rabitə xidmətlərinin həcmi 2,3 milyon manat və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,6 % çox olub.  Əhaliyə göstərilən pullu xidmətlər isə 117,4 milyon manat olub. Ötən il rayonun elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması üçün 6 ədəd yeni kompleks transformator məntəqəsi quraşdırılmış, 147 ədəd transformator məntəqəsində profilaktik təmir işləri aparılmış, 811 min metr müxtəlif diametrli kabel və hava xətləri çəkilib. Qaradağ rayonu ərazisində ötən 2014-cü il ərzində təhsil, səhiyyə və mədəniyyət sahələri üzrə də bir çox işlər görülüb. “2014-2016-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda Səhiyyə Nazirliyi tərəfindən 23 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının ərazisində uşaq poliklinikası üçün yeni binanın inşası nəzərdə tutulub. Bununla yanaşı Qobustan qəsəbəsindəki 17 nömrəli Birləşmiş Şəhər Xəstəxanası və Lökbatan qəsəbəsindəki yeni müasir xəstəxana binalarının inşası başa çatdırılmış və hal-hazırda tamamlama işləri aparılır.