Qaradağda qəza – - Sürücü öldü

qaradagda-qeza-
Oxunma sayı: 1840


FHN-dən “Qafqazinfo”ya verilən məlumata görə, xilasedicilər qəzaya düşən “Hyundai” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalan sürücünü avtomobildən çıxarıb  və aidiyyəti üzrə təhvil verib. Əməliyyat saat 12:07-də başa çatıb.

***

Baş Dövlət Yol Polisi İdarəsindən “Qafqazinfo”ya verilən məlumata görə, hadisə nəticəsində sürücü İbadov Fərid Əlifağa oğlu yaralı vəziyyətdə xəstəxaya yerləşdirilib. F.İbadov orada vəfat edib.

Sərnişinləri olan iki bacı isə xəsarət alıb. Hacıqabul rayonun Milyan kənd sakinləri Rəhimova Rəsmiyyə Nurəddin qızı və İbrahimova Vəsilə Nurəddin qızı yüngül xəsarət alıb.

Qəzaya səbəb “Hyundai” markalı avtomobilin yüksək sürətlə daş hasarlara çırpılması olub.

Murad Əhməd