Qaradağda qəzaya düşən “Mercedes” alışdı

qaradagda-qezaya-dusen-mercedes-alisdi
Oxunma sayı: 1718

Bakı şəhərində yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun FHN-ə istinadən verdiyi məlumata əsasən, paytaxtın Qaradağ rayonunda "Mercedes" markalı minik avtomobili yol kənarına aşıb və daha sonra alışıb.

Yanğın nəticəsində avtomobilin salonu və yük yeri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.