Qurban bayramı Qaradağ rayonu ərazisində geniş qeyd olunub.
“Qafqazinfo” xəbər verir ki, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov şəhid ailələrini ziyarət edərək onları bayram münasibətilə təbrik edib, onları narahat edən məsələlərlə maraqlanıb.
Qaradağ rayonunda 300 ailə olmaqla, şəhid ailələri və Vətən Müharibəsi qaziləri ziyarət edilib, 300 ailəyə qurban payı verilib.
Bundan əlavə, Qurban Bayramı münasibətilə rayonun 11 qəsəbəsində qurbanlar kəsilib, 1550 nəfər aztəminatlı ailəyə qurban payı verilib.

Son xəbərlər
Son Xəbərlər