Qaradağda Qurtuluş Gününə ilə bağlı videokonfrans keçirilib

qaradagda-qurtulus-gunune-ile-bagli-videokonfrans-kecirilib
Oxunma sayı: 935

Qaradağ Rayon İcra Hakimiyyətində 15 İyun - Milli Qurtuluş gününə həsr olunmuş videokonfrans keçirilib.

"Qafqazinfo" xəbər verir ki, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatları Aydın Hüseynov, Səbinə Xasayeva, Qaradağ Rayon İcra Hakimiyyəti başçısının yanında Şura üzvləri, RİH başçısı aparatının şöbə müdirləri, rayon qəsəbə nümayəndələri, rayon qəsəbə bələdiyyələrinin sədrləri,YAP Qaradağ rayon təşkilatının İdarə Heyəti və Şura üzvləri, İctimai təşkilatların rəhbərləri iştirak ediblər.

Tədbiri giriş nitqi ilə açan Süleyman Mikayılov Milli Qurtuluş Gününün dövlətçilik tariximizə dönüş nöqtəsi kimi daxil olduğunu qeyd edib. Bildirib ki, 28 il əvvəl - xalqın təkidli tələbi ilə yenidən Azərbaycanda siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev böyük xilaskarlıq missiyasını öz üzərinə götürməklə xalqımızın, dövlətçiliyimizin sonrakı taleyində həlledici mərhələnin təməlini qoyub. Bu tarixi gün müasir Azərbaycanın müstəqilliyinin təntənəsi, hüquqi dövlət quruculuğunun başlanğıcıdır. Ulu Öndərin hakimiyyətə qayıdışından sonra ölkəmizdə bir-birinin ardınca reallaşdırılan genişmiqyaslı layihələr dövlətimizin inkişafına və möhkəmlənməsinə zəmin yaratdı. Bu gün regionun söz sahibi dövlətinə çevrilməsinin əsas qayəsi məhz Ümummilli Lider Heydər Əliyevin sağlam təməllər üzərində qurduğu siyasətin Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindədir. Bunların nəticəsidir ki, Azərbaycan 44 günlük müharibədə Zəfər əldə etmiş, torpaqlarımızı erməni işğalçılarından təmizlənməsinə nail olmuşdur. Bu gün Qarabağ bölgəsində böyük quruculuq işləri sürətlə davam etməkdədir.

Digər çıxış edənlər rayon Ağsaqqallar Şurasının sədri Ramin Məmmədov və rayon DTX-nın rəisi Samir Həsənov 1993-cü il iyun hadisələrində respublikadakı ictimai asayışın vəziyyəti barədə danışdılar və bayram münasibətilə iştirakçıları təbrik ediblər.

Videokonfransı Süleyman Mikayılov yekunlaşdırıb.