Qaradağda şəhid ailələri ziyarət olundu - Fotolar

qaradagda-sehid-aileleri-ziyaret-olundu
Oxunma sayı: 1598

Qaradağ rayon icra hakimiyyətinin başçısı və icra hakimiyyətinin məsul vəzifəli şəxsləri Ramazan bayramı münasibəti ilə şəhid və qazi ailələrini ziyarət edərək onların bayramlarını təbrik edib, ailələrə maddi yardım göstərilib.

"Qafqazinfo" xəbər verir ki, ümumilikdə Qaradağ rayonunun 11 qəsəbəsində 41 şəhid ailəsi və 61 Vətən Müharibəsi əlillərinin ailəsi ziyarət olunub.

Görüşdə ailələrə bayram təbrikləri edilmiş, onlara xoşbəxtlik, süfrələrinizə bol ruzi və xeyir-bərəkət arzulanıb.

Şəhid ailələri və qazilər göstərilən diqqət və qayğıya görə ölkə başçısı, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.