Qaradağda şəhid və qazi ailələri ilə görüş keçirildi - Foto

qaradagda-sehid-ve-qazi-aileleri-ile-gorus-kecirildi
Oxunma sayı: 1096

Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov və İcra Hakimiyyəti aparatının məsul şəxsləri 2016-cı il aprel döyüşlərində yaralanan qazilərimizin ailələri və şəhidin ailəsi ilə görüş keçirib. 
 
“Qafqazinfo” xəbər verir ki, görüşdə rayon İcra Hakimiyyətinin başçısı çıxış etdikdən sonra qazilərin və şəhid ailəsinin problemləri və onları narahat edən məsələlər araşdırılıb.
 
Qeyd edək ki, aprel döyüşlərində Qaradağ rayonu üzrə 45 nəfər iştirak edib. Onlardan 1-şəhid olub və 5 nəfər isə yaralanıb.