Qaradağda şəhidin büstünün açılışı oldu - Fotolar

qaradagda-sehidin-bustunun-acilisi-oldu
Oxunma sayı: 1301

Bu gün Qaradağ rayonu Çeyildağ qəsəbəsində 1-ci Qaradağ müharibəsi şəhidi Muradov Səyavuş Əlimurad oğlunun həmin qəsəbədə yerləşən və şəhidin adını daşıyan məktəbin həyətində yerləşən büstünün yerinin dəyişdirilməsindən və əsaslı təmirindən sonra açılışı olub.

“Qafqazinfo” xəbər verir ki, tədbir 44 günlük Vətən Müharibəsinin şəhidi, xüsusi təyinatlı qüvvələrin giziri Qədirov Şahib Bayram oğlunun bulaq kompleksinin ziyarəti ilə başlayıb.

Bulaq kompleksinin üzərində yerləşən barelyef qarşısına gül dəstələri qoyulub. Daha sonra şəhidin ailəsi ilə görüşülüb.

Şəhid ailəsi göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildirib.

Tədbir şəhid Muradov Səyəvuş Əlimurad oğlunun şəhidin adının əbədiləşdirildiyi məktəbin həyətində yerləşən büstünün yerinin dəyişdirilməsindən və əsaslı təmirindən sonra açılışı ilə davam edib.

Şəhidin büstü və büstünün ətrafı əsaslı təmir olunub.

Ziyarət Rayon İcra Hakimiyyəti başçısının iştirakı ilə icra hakimiyyətinin vəzifəli şəxsləri idarə və müəssisə rəhbərləri, qəsəbənin sakinləri ilə bərabər həyata keçirilib.

Şəhidin büstü önünə gül səbəti qoyulub və ruhuna dualar oxunub.