Qaradağda səyyar qəbul keçirildi - Fotolar

qaradagda-seyyar-qebul-kecirildi
Oxunma sayı: 1156

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Müşviqabad qəsəbəsində səyyar qəbulu keçirilib.

“Qafqazinfo” xəbər verir ki, qəbulda Müşviqabad qəsəbə sakinləri, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.

Sakinlərdən 14 nəfəri fərdi qaydada dinləyən Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını verib, bəzi müraciətlər yerindəcə həll edilib.

Qeyd edək ki, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov tərəfindən digər qəsəbələrdə də əhali ilə görüşlər davam etdiriləcək.