Qaradağda Silahlı Qüvvələr Günü qeyd edildi

qaradagda-silahli-quvveler-gunu-qeyd-edildi
Oxunma sayı: 759


"Qafqazinfo"ya daxil olan məlumata görə, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, zabitlər, hərpi hospitalın həkimləri, əsgərlər iştirak ediblər. 

Çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova ilk öncə hər kəsi Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov adından salamlayaraq bütün zabit və əsgər heyətini bayram münasibətilə təbrik edib.  Ölkəmizin hərb tarixindən danışaraq qeyd edib ki, tarixən xalqımızın göstərdiyi qəhrəmanlıq nümunələri bu gün də yaşamaqdadır. 

Tədbir çərçivəsində nümunəvi xidmətinə görə seçilən bir neçə hərbi qulluqçu fəxri fərmanla təltif olunublar. Daha sonra tədbir rayonun mədəniyyət evlərinin musiqi kollektivlərinin təşkil etdiyi konsert proqramı ilə davam edib. 

Tədbirin sonunda rayon İcra hakimiyyəti tərəfindən hər bir əsgərə bayram sovqatı, hərpi hospital üçün isə musiqi mərkəzi ilə soyuducu hədiyyə olaraq təqdim olunub.