Qaradağda Soyqırımı Gününə həsr edilmiş tədbir keçirildi - Fotolar

qaradagda-soyqirimi-gunune-hesr-edilmis-tedbir-kecirildi
Oxunma sayı: 2862

Qaradağ rayonunun Sahil qəsəbəsindəki 31 mart Azərbaycanlıların soyqırımı abidə-kompleksi önünə əklilqoyma mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbir iştirakçıları erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımının 104 il ötdüyünü yad ediblər.

1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalayıb.

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatı Səbinə Xasayeva və digər rəsmi şəxslər iştirak ediblər.

Daha sonra rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, hərbiçilər, məktəblilər ardıcıl olaraq mərasimə toplanmış ictimaiyyət nümayəndələri soyqırım qurbanlarının əziz xatirəsini yad edərək abidə önünə gül dəstələri qoymaqla öz dərin ehtiramlarını bildiriblər.