Qaradağda ümumrayon iməciliyi keçirilib

qaradagda-umumrayon-imeciliyi-kecirilib
Oxunma sayı: 953

Son günlər Bakı şəhərində müşahidə olunan qeyri-sabit hava şəraiti paytaxt ərazisində təmizlik işlərinin aparılmasına ciddi zərurət yaradıb. 

"Qafqazinfo" xəbər verir ki, bununla əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə paytaxtın Qaradağ rayonunda da ümumrayon iməciliyi keçirilib.

İməcilik zamanı rayonun bütün qəsəbələrində mövcud yaşıllıqlara qulluq göstərilib, işıq dirəkləri, ticarət obyektlərinin vitrinləri, şüşəli binaların fasadları yuyulub, həmçinin küçə və prospektlərdə ümumi təmizlik işləri aparılıb.

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı Aparatının kollektivi, rayonda fəaliyyət göstərən idarə və müəssisələrin nümayəndələri iştirak ediblər. Rayonda son illər ənənə halını almış iməciliklərdə sakinlər, idarə və təşkilatların nümayəndələri yüksək fəallıq nümayiş etdirirlər.