Bakının Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə martın 28-də keçirilmiş müşavirədə verilmiş tapşırıqların icrası çərçivəsində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun sədrliyi ilə iclas olub.
Rayon icra hakimiyyətindən “Qafqazinfo”ya verilən məlumata görə, iclasda rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, icra hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri, rayon ərazisində fəaliyyət göstərən ticarət mərkəzlərinin və əhalinin kütləvi toplandığı ictimai iaşə obyektlərinin məsul işçiləri iştirak ediblər.
İclasda çıxış edən S.Mikayılov martın 26-da Bakının Nizami rayonundakı ticarət mərkəzlərinin birində baş vermiş yanğınla əlaqədar Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən operativ müşavirədə müvafiq strukturlara tapşırıqlar verildiyini bildirib.
Tədbirdə Qaradağ rayonunda fəaliyyət göstərən ticarət mərkəzləri, əhalinin kütləvi toplandığı ictimai iaşə obyektləri, həmçinin onların ətrafındakı obyektlərin yanğından mühafizəsinin norma və tələblərinə uyğunluğunun monitorinqi və baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması və qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə komissiya yaradılıb. Komissiyaya görüləcək işlərlə bağlı tədbirlər planının hazırlanması və dərhal monitorinqlərə başlanılması tapşırılıb.
Son xəbərlər
Son Xəbərlər