Qaradağda yaşayış binasında yanğın - Sakinlər təxliyə olundu

qaradagda-yasayis-binasinda-yangin
Oxunma sayı: 1452

Bakı şəhərinin Qaradağ rayonunda beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 85 kv.m olan 3 otaqlı mənzilin 2 otağının yanar konstruksiyaları 40 kv.m sahədə yanıb.

“Qafqazinfo”nun FHN-in saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı 2 nəfər müxtəlif dərəcəli yanıq xəsarəti ilə yanğınsöndürənlər tərəfindən Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib və mənzillərdən 20 sakin təxliyə olunub.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.