Prezident İlham Əliyev Qaradağ rayonunun Lökbatan-Qızıldaş avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
“Qafqazinfo” xəbər verir ki, sərəncama əsasən 46 min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Lökbatan–Qızıldaş avtomobil yolunun tikintisi məqsədilə 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 7,9 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Son xəbərlər
Son Xəbərlər