“Qafqazinfo”nun report-a istinadən məlumatına görə, tədbirdə EUBC-nin vitse-prezident postlarına və İcraiyyə Komitəsinə seçkilər də baş tutub.
Öncə qurumun ikinci şəxslərinin adlarına aydınlıq gəlib. Səsverməyə əsasən, rusiyalı Vladimir Tebekin və almaniyalı Yurgen Kyuas vitse-prezident seçiliblər. İcraiyyə Komitəsinin yeni tərkibi də müəyyənləşib. Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Süleyman Mikayılov 12 üzvdən biri seçilib.
Qeyd edək ki, Bakının Qaradağ rayonunun icra başçısı olan S.Mikayılov eyni zamanda, Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) İcraiyyə Komitəsinin üzvüdür.
Son xəbərlər
Son Xəbərlər