“Qafqazinfo”ya daxil olan məlumata görə, hazırda media təmsilçiləri Ağdamın təmas xəttinə yaxın olan Qaradağlı kəndindərilər. Onlar məktəbdə olub, dərslərdə iştirak ediblər. Həmçinin jurnalistlər məktəbin fərqlənən şagirdləri ilə də həmsöhbət olublar.
Media təmsilçilərinin digər baş çəkəcəyi məkan Tərtərin Qapanlı kəndi olacaq. Qapanlıda açıq dərslərdə iştirak edən jurnalistlər eyni zamanda şagirdlərlə bərabər N saylı hərbi hissəyə də gedəcəklər. Hərbi hissədə isə döyüş texnikası ilə tanış olacaqlar.
Qeyd edək ki, Müdafiə Nazirliyi ilə birgə Ağcabədi, Ağdam və Tərtər rayonlarına təşkil olunan səfərdə 30-dan çox KİV nümayəndəsi iştirak edir.