Saat 15-də başlayacaq mərasimə yazıçılar, tənqidçilər, media işçiləri, yazıçının dostları və yaxınları dəvət olunub.
Kitaba müəllifin son on ildə yazdığı nəsr əsərləri - “Günəş tutulan yerdə” romanı, azərbaycanlı qaçqınların taleyindən bəhs edən hekayələr, Səməd Behrənginin və Eldar Baxışın xatirələrinə həsr olunmuş “Yuxarıda kim var?” uzun hekayəsi və “Niyə?” adlı düşüncələri daxil edilib.