Qaradərili Corc Floyda ağ heykəl ucaldıldı

qaraderili-corc-floyda-ag-heykel-ucaldildi
Oxunma sayı: 1931

Ötən il ABŞ-da polis tərəfindən saxlanılmasından sonra ölən qaradərili Corc Floyda Nyu-Yorkda ağ heykəl ucaldılıb.

“Qafqazinfo” “Moskovski Komsomolets” qəzetinə istinadən xəbər verir ki, yaxın həftələrdə heykəl daimi yerinə - Manhettendəki “Union Square”ə köçürüləcək.

Hündürlüyü 1,8 metr olan heykəl federal bayram statusu alan qulların azad edildiyi gün (19 iyun) açılıb. Heykəlin müəllifləri qeyd ediblər ki, ağ abidə Floydun gücünü və ləyaqətini simvolizə edir.

Xatırladaq ki, afroamerikalı C. Floyd 2020-ci ilin mayında polis tərəfindən saxlanılmasından sonra ölüb. Onun ölümünə səbəb eks-polis Derek Şovinin Floydun boynunu dizi ilə asfalta sıxaraq boğucu fənd tətbiq etməsi olub. Qaradərilinin ölümündən sonra ölkədə kütləvi etiraz aksiyaları başlayıb. D. Şovin bu il aprelin 20-də C. Floydun qətlində təqsirli bilinib.