Amerika lideri Barak Obama iki qaradərilinin öldürülməsinə qarşı keçirilən mitinq zamanı üç polis əməkdaşının öldürülməsi olayına münasibət bildirib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Obama hüquq-mühafizə orqanlarındakı sistem problemlərinə diqqət çəkərək ABŞ polisi tərəfindən afroamerikalıların ağ dərililərdən iki dəfə daha çox öldürüldüyünü bildirib:
“Bütün amerikalılar bu hadisələrdən narahat olmalıdır. Bu, fərdi insident deyil, bu, bizim hüquq-mühafizə strukturunda yer tapmış sistematik hadisədir”.
Obama hesab edir ki, bu kimi olaylar ona gətirir ki, ölkə vətəndaşları bərabərlik hiss etmirlər və baş verənlər mənşəyindən asılı olmayaraq bütün amerikalıların problemidir.
Onu da qeyd edək ki, Dallasda polislərin ölümündə şübhəli bilinənlər saxlanılıb. Onlardan biri könüllü olaraq polis bölməsinə gələrək təslim olub.
Son xəbərlər
Son Xəbərlər