Qarajda maşın yandı

qarajda-masin-yandi
Oxunma sayı: 1276

Bakıda maşın yanıb. "Qafqazinfo" xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib.

Belə ki, ümumi sahəsi 20 m² olan qarajın içərisində "Tofaş" markalı minik avtomobilinin yanar hissələri və 2 m² sahədə əşyalar yanıb. Qaraj və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.