“Qaranlığın verdiyi hüzuru çox sevirəm” - Fotolar

“Qaranlığın verdiyi hüzuru çox sevirəm”
Oxunma sayı: 2666

Türkiyənin məşhur aktyoru Çağatay Ulusoy “Hello” jurnalının siması seçilib. “Qafqazinfo” xəbər verir ki, o, həm dərgi üçün fərqli obrazlarda kamera qarşısına keçib, həm də maraqlı açıqlamalar verib.

Çağatay ilk dəfə iki illik sevgilisi, aktrisa Duyğu Sarışından danışıb. O qeyd edib ki, yaşı artdıqca sevgiyə baxışı dəyişir: “Duyğu ilə hər şey qaydasındadır. Heminquey yaxşı bir misal çəkib: “Həyatda ən gözəl şey bütün qüsurlarınızı bilməsinə rəğmən möhtəşəm olduğunuzu düşünən o insanın olmasıdır. Mən də bu fikirlərə qatılıram”.

Bundan əlavə, Ulusoy musiqiyə marağından da söhbət açıb: “Evdə kiçik mahnılar bəstələyirəm. Pianinoda çalıb oxuyuram. Bunu zövq üçün edirəm. Heç vaxt ciddi mənada müğənni olmağı düşünməmişəm”.

Çağatay ən böyük hobbisinin balıq tutmaq olduğunu vurğulayıb: “Yaşamaq üçün nə varsa, dəniz və balıqdan öyrənirəm. Balıq tutan zaman balıq oluram. Dənizə atılmaq, üzmək məni çox sakitləşdirir. Bir də qaranlığın verdiyi hüzuru çox sevirəm”. 









Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi