Çinin “Huawei” şirkətinin yeni smartfonu ştativ və kamera işığı olmadan zülmət gecədə şəkil çəkməyə qadirdir.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, P20 Pro smartfonu kifayət qədər işıq toplamaq üçün kameranın ekspozisiya müddətini 6 saniyə qədər uzada bilər. Növbəti mərhələdə görüntü süni intellekt funksiyası vasitəsilə təkmilləşdirilir.
P20 smartfonu həmçinin üç kamera ilə təchiz olunan ilk telefondur. Cihaz obyektləri tanımaq funksiyasına malikdir.
Çində “Oppo”, “Xiaomi” və “Vivo” brendləri ilə rəqabət aparan “Huawei” ötən il ərzində iqtisadi göstəricilər baxımından “Apple” şirkətindən geriləməni bir qədər azaltmağa nail olub.
Hazırda şirkət “Samsung” və “Apple”dan sonra üçüncü yeri tutur.
ABŞ-da telekom şirkətləri “Huawei” satmaqdan imtina edir. Bu, Çin şirkətinin inkişafı üçün əsas maneə sayılır.

Son xəbərlər
Son Xəbərlər