Qaraqalpaqıstanda baş verənlərlə bağlı Türkiyə XİN-dən - Açıqlama

qaraqalpaqistanda-bas-verenlerle-bagli-turkiye-xin-den
Oxunma sayı: 2781

Türkiyənin Xarici İşlər Nazirliyi Özbəkistanın Qaraqalpaqıstan Respublikasında baş verənlərlə bağlı məlumat yayıb.

“Qafqazinfo” xəbər verir ki, nazirlik ölkə olaraq baş verən hadisələri yaxından izlədiklərini bildirib:

“Biz Özbəkistanın Qaraqalpaqıstan Respublikasında baş verənləri yaxından izləyirik. Ümumi sivilizasiyaya, mədəniyyətə və tarixi bağlara malik olduğumuz strateji tərəfdaşımız, dost və qardaş Özbəkistanın sabitliyinə və firavanlığına böyük əhəmiyyət veririk. Biz tam əminik ki, Özbəkistan administrasiyası və xalqı baş verənləri sağlam düşüncə ilə, sülh və əmin-amanlıq şəraitində həll edəcək. Hadisələrdə həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara isə şəfa diləyirik”.