Qaraqalpaqıstanda iğtişaşlarda 18 nəfər ölüb

qaraqalpaqistanda-igtisaslarda-18-nefer-olub
Oxunma sayı: 1853

Özbəkistanın tərkibinə daxil olan Qaraqalpaqıstan Muxtar Respublikasında kütləvi iğtişaşlar zamanı 18 nəfər həlak olub.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı Özbəkistanın Baş prokurorunun nümayəndəsi Abror Mamatov açıqlayıb. 

Onun sözlərinə görə, Nukus şəhərində baş verən bu iğtişaşlar zamanı daha 243 vətəndaş isə yaralanıb. Bununla yanaşı, hüquq-mühafizə orqanlarının 38 əməkdaşı da müxtəlif dərəcəli xəsarətlər alıb. 

Xatırladaq ki, Qaraqalpaqıstanda sakinlərin Konstitusiyaya təklif olunan və regionun statusunun dəyişdirilməsini nəzərdə tutan əlavələrdən narazılığı fonunda iğtişaşlar baş verib. Fərdi və kollektiv videomüraciətlərlə başlayan respublika sakinlərinin narazılığı iyulun 1-də Nukusun mərkəzində kütləvi nümayişə çevrilib. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev daha sonra Konstitusiyanın Qaraqalpaqıstanla bağlı maddələrini dəyişdirməyəcəklərini bildirib.

Həmçinin oxuyun: Özbəkistan parlamenti Qaraqalpaqıstanla bağlı qərar verdi