"Qafqazinfo"nun verdiyi məlumaat görə, millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin təşəbbüsü və təşkilatçılığı ilə Tovuz rayonunda Ermənistanla ön cəbhədə yerləşən N saylı hərbi hissədə Azərbaycanın qəhrəman qızlarından biri, ölümündən sonra Azərbaycan Bayrağı Ordeni ilə təltif olunmuş Qaratel Hacımahmudovanın həyatı, döyüş və qəhrəmanlıq yolundan bəhs edən “Qaratel” sənədli filminin təqdimatı olub.
Qaratel Hacımahmudovanın 65 illik yubileyinə həsr olunan təqdimat mərasimində şəhidlərimiz bir dəqiqəlik sayğı duruşu ilə yad edildikdən sonra hərbi hissənin rəhbəri polkovnik Mais Barxudarov qəhrəmanlarımız haqqında filmlərin hərbi hissələrdə təqdimatını yüksək qiymətləndirib.
Qaratel Hacımahmudovanın həyat və qəhrəmanlıq yolundan danışan millət vəkili Qənirə Paşayeva Q.Hacımahmudovanın çox mərd, ədalətli, humanist bir qadın olduğunu bildirib.
Sənədli film əsgərlər tərəfindən böyük maraqla qarşılanıb. Filmlə bərabər Qaratel Hacımahmudova ilə bağlı məlumatların əks olunduğu materiallar və şair Məmməd İlqarın xanım qəhrəmana həsr etdiyi "Qaratel” poeması da əsgərlərə paylanılıb və filmin nüsxələri tez-tez hərbi hissəyə yeni gələn əsgərlərə nümayiş olunmaq üçün hərbi hissəyə hədiyyə olunub.
Qeyd edək ki, 1992-ci ildə ermənilər təkcə Qarabağda deyil, Azərbaycanın bütün sərhəd rayonlarında da müharibə aparırdı. Təbii ki, Qazax rayonu da bu işğaldan yan keзmədi, bir əsrdə dəfələrlə eyni taleyi yaşamış – Bağanıs-Ayrım, Aşağı Əskipara, Yuxarı Əskipara, Qızılhacılı, Sofulu, Barxudarlı, Xeyrimli kəndləri XX əsrin sonunda yenə yandırılıb külə döndərildi. Bu işğaldan ən çox ziyan çəkən Aşağı Əskipara kəndi oldu. Kəndin cavanlarından ibarət özünü müdafiə batalyonunda əsgərlərimizlə yanaşı bir xanım da vardı - Qaratel Hacımahmudova. Qaratel 1948-ci ildə bu kənddə dünyaya göz açmışdı. 1962-ci ildə kənd orta məktəbini bitirib və Bakı Ticarət Texnikumuna daxil olub. 1970-75-ci illərdə Azərbaycan Xalq Təsərrьfatı İnstitutunda (indiki İqtisad Universiteti) təhsil alıb. 1976-91-ci illərdə Neft Kəşfiyyatı İdarəsində işləyib. Qaratel həm də Milli Azadlıq hərəkatının ən fəal ьzvlərindən olub. 1991-ci ildə Qazaxa qayıdaraq doğma kəndinin cavanlarından ibarət könüllü özünümüdafiə batalyonuna qoşulub. 1992-ci ilin 14 iyununda Aşağı Əskipara kəndinin işğalı zamanı düşmən əlinə sağ keçməmək üçün üzərində gəzdirdiyi zəhəri içdikdən sonra güllə ilə özünü vurub. 1994-cü il sentyabrın 14-də Azərbaycan Respublikası prezidenti tərəfindən “Azərbaycan bayrağı” ordeni ilə təltif olunub.

Son xəbərlər
Son Xəbərlər