Qarayev Azərbaycan yığmasından imtina etməsinin səbəbini açıqladı

Qarayev Azərbaycan yığmasından imtina etməsinin səbəbini açıqladı
Oxunma sayı: 2092

18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq futbolçusu David Qarayev açıqlama verib.

“Qafqazinfo” xəbər verir ki, Rusiyanın “Kamaz” klubunun üzvü Azərbaycan vətəndaşlığından imtina etməsini səbəbini deyib:
 
“Azərbaycan yığmasına dəvət aldığım vaxt bir çox əcnəbini, məsələn, ukraynalıları milliləşdirdilər. O vaxt Avropa çempionatına qatıldıq və Rusiya Futbol İttifaqı üçün yəqin ki, səhvən legioner sayıldım. Çünki Azərbaycanın gənclərdən ibarət komandasında bir neçə oyun keçirmişdim. Mən isə yalnız Rusiya vətəndaşlığını istəyirdim. Belədə mənə daha asan olurdu. Bu vəziyyətdə vətəndaşlığı geri qaytarmaq çətindir. Ancaq Azərbaycan tərəfi buna razılıq verdi”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi