Qarayev iki səfiri qəbul etdi

qarayev-iki-sefiri-qebul-etdi
Oxunma sayı: 726

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Mərakeş Krallığının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Mohamed Adil Embarş və Yaponiyanın Azərbaycandakı  Fövqəladə və Səlahiyyətli Səfiri Tsuquo Takahaşini qəbul edib. 

"Qafqazinfo" xəbər verir ki, M.A.Embarş ilə görüşdə Azərbaycan və Mərakeş arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlıq məsələləri müzakirə olunub. 

Mədəniyyət və turizm sahələri üzrə müvafiq hüquqi bazanın mövcudluğu iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olmasının göstəricisi və əməkdaşlığın genişləndirilməsinə şərait yaradan faktor kimi qiymətləndirilib. 

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilə Yaponiyanın səfiri Tsuquo Takahaşi arasında vida görüşü keçirilib.

Görüşdə Azərbaycan və Yaponiya arasında mədəniyyət və turizm sahələri üzrə əlaqələrin səviyyəsi yüksək qiymətləndirilib.