4 aprel tarixində nazir Əbülfəs Qarayev BMT-nin baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Vu Honqbo ilə görüşüb.
“Qafqazinfo” xəbər verir ki, görüşdə BMT-nin 2030 Davamlı İnkişaf Gündəliyi və onun əhəmiyyəti, xüsusilə 4-6 may 2017-ci il tarixində Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və Beynəlxalq Təşkilatların rəhbərlərinin 1-ci Yüksək Səviyyəli Görüşünün mövzuları barədə müzakirələr aparılıb.
Nazir Əbülfəs Qarayev qeyd edib ki, Bakı Prosesi çərçivəsində keçiriləcək Forum və yüksək səviyyəli görüşlərin əsas mövzusu mədəniyyətlərarası dialoq vasitəsilə insan təhlükəsizliyi, sülh və davamlı inkişaf naminə birgə işləməyin mexanizlərini müəyyən etmək və bu istiqamətdə beynəlxalq əməkdaşlığı gücləndirməkdir.
Daha sonra Əbülfəs Qarayev BMT-nin baş katibinin və BMT İnkişaf Proqramının (BMTİP) administratorunun müavini Cihan Sultanoğlu ilə görüşdü. Görüşdə BMTİP-nin Forumda və beynəlxalq təşkilatların görüşündə fəal iştirak etməsi, “2030 Davamlı İnkişaf Gündəliyi”nin təqdimatının keçirilməsi məsələləri müzakirə edilib.
Səfər çərçivəsində BMT-nin İnformasiya Departamentinin rəhbərliyi və BMT-nin Qadın Proqramının rəhbərinin müavini ilə də görüşlər keçirilib. İnformasiya departamenti ilə görüşdə Forumun BMT sistemi daxilində təşviqat məsələləri, BMT-nin Qadın Proqramının rəhbərliyi ilə isə Forum çərçivəsində keçiriləcək “Qızların təhsili vasitəsilə extremizmin qarşısının alınması” layihəsi ilə bağlı müzakirələr aparılıb.


Son xəbərlər
Son Xəbərlər