Fevralın 24-dən etibarən ümumilikdə 64 nəfər hava şəraiti ilə əlaqədar yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan 35-i kişi, 29-u qadındır.
Bu barədə “Qafqazinfo”ya Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından məlumat verilib.
Bildirilib ki, yaralılardan 5-nə yerində yardım göstərilib, digərləri xəstəxanaya çatdırılıb.
***
Saat 13:00-a qədər olan məlumata görə, hava şəraiti ilə əlaqədar fevralın 24-dən etibarən ümumilikdə 71 nəfər yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan 38-i kişi, 33-ü qadındır.
Yaralılardan 6-na yerindəcə yardım göstərilib, digərləri xəstəxanaya yerləşdiriliblər.
Gülnar Əliyeva
Son xəbərlər
Son Xəbərlər