Qardaş bacısını öldürdü - Bakıda

qardas-bacisini-oldurdu
Oxunma sayı: 3687

Bakıda qətl törədilib.

“Qafqazinfo” xəbər verir ki, Nizami rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, rayon ərazisində məskunlaşan məcburi köçkün, 1977-ci il təvəllüdlü Elşad Davudov bacısı, 1982-ci il təvəllüdlü Turanə Davidovanı yaşadığı evdə bıçaqlayıb. Nəticədə xəstəxanaya çatdırılan qadın orada dünyasını dəyişib.

Hadisəni törədən E. Davudov saxlanılıb.

Faktla bağlı Nizami rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.