“Qafqazinfo” xəbər verir ki, 2014-cü il yanvarın 15-i səhər saat 9 radələrində Nərimanov rayonunda yerləşən ət dükanında Zahir Əsədov dəmir parçası ilə qardaşı Vahid Əsədovun (1961) baş nahiyyəsinə zərbələr vuraraq, onu qəsdən öldürüb. Daha sonra isə Nərimanov RPİ 18-ci polis bölməsinə gedərək, təslim olub.
Araşdırma zamanı məlum olub ki, qardaşlar həmin ət dükanını şərikli işlədiblər, mübahisə də bu zəmində baş verib. Vahid Zahirin sifət nahiyyəsinə sillə vurduğdan sonra, sonuncu onu qətlə yetirmək məqsədi ilə, ət kəsimi üçün nəzərdə tutulmuş yerdən armatur götürərək, qardaşına yaxınlaşıb və baş nahiyyəsinə ardıcıl zərbələr endirib.
Qeyd edək ki, Bakı Ağır cinayətlər məhkəməsinin hökmü ilə Z.Əsədov 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Prosesin sonu barədə məlumat veriləcək.
Ceyhun
Son xəbərlər
Son Xəbərlər