Qardaşı 52 yaşlı qadını döyərək xəstəxanalıq etdi

qardasi-52-yasli-qadini-doyerek-xestexanaliq-etdi
Oxunma sayı: 1480

Oğuzda qardaşı tərəfindən döyülən 52 yaşlı qadın xəstəxanalıq olub.

"Qafqazinfo" nun məlumatına görə,  bugün axşam saatlarında Oğuz rayon  Yemişənli kənd sakini 1968-ci il təvəllüdlü Gövhər İbad qızı Mirzəyeva Oğuz rayon Mərkəzi Xəstəxanasına döyülmə xəsarətləri ilə qəbul olunub. Müayinə zamanı məlum olub ki , 52 yaşlı G.Mirzəyeva ailə münaqişəsi zəminində qardaşı tərəfindən döyülüb. Baş nahiyyəsindən ağır xəsarətlər alan qadın Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov