Qardaşı oğlu şəhid oldu, öz evinə mərmi düşdü - Video+ Fotolar

qardasi-oglu-sehid-oldu-oz-evine-mermi-dusdu
Oxunma sayı: 5719

İyulun 16-sı səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri növbəti dəfə cəbhənin Tovuz istiqamətində təxribata əl atıb. Düşmən iriçaplı silahlardan və minaatanlardan istifadə edərək Tovuzun yaşayış kəndlərini atəşə tutub.

"Qafqazinfo"nun Tovuza ezam olunmuş əməkdaşları atəşə tutulan kəndlərdən biri Vahidlidə olublar. Ermənilərin atdıqları mərmilərdən biri də kənd sakini Arif Məmmədovun həyətinə düşüb. Nəticədə onun fərdi təsərrüfatına və evinə ciddi ziyan dəyib. 

Xatırladaq ki, bir neçə gün öncə Tovuzda gedən döyüşlərdə şəhid olan Baş əsgər Elşad Məmmədov Arif Məmmədovun qaynı oğludur.

Hazırladığımız videoreportajı təqdim edirik:

Emin Səfərov

Fotolar-Video: Pərvin Zeynal