Qardaşı ölən müğənniyə barışıq təklif etdi

qardasi-olen-mugenniye-barisiq-teklif-etdi
Oxunma sayı: 3771

Uzun müddətdir müğənni Alişandan küsülü olan aparıcı Ece Erken onunla barışmaq istədiyini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, o, öz instaqram səhifəsində yenicə qardaşını koronavirusdan itirən sənətçi ilə artıq küsülü qalmaq istəmədiyini bildirərək ona barışıq təklif edib.

“Çox kədərliyəm. Allah rəhmət eləsin. Ailəsinə səbir diləyirəm. Bu gün mənim üçün çox çətin keçdi. Durduğum yerdə ağlama krizlərinə girdim, keçmiş şəkillərə baxdım... Nə qədər bir-birimizlə danışmasaq da, bu gün yenə qardaşım Alişanla dərdləşdik. İçimdə çox böyük bir boşluq yaranıb.

Alişan, oğlum Eymən yetərincə sənsiz böyüdü, artıq bir yerdə olmaq zamanıdır. Biz 20 il ərzində bacı-qardaşlıq etdik. Allah ömür verərsə, bu, daha uzun illər davam edəcək. Səni çox sevirəm. Güclü olmalısan. Selçuk da bunu istəyərdi. Eymən sənin üçün çox darıxıb, mən də”, - deyə Erken yazıb.

Qeyd edək ki, bir müddət öncə Alişan 6 ildir küsülü olduğu müğənni Demet Akalınla barışmış, E. Erken isə bundan sonra sənətçi ilə əlaqəsini kəsmişdi.