“Qardaşım bizi öldürməklə təhdid edir” - Türkiyəli aktyorun bacısı

qardasim-bizi-oldurmekle-tehdid-edir
Oxunma sayı: 4096

Türkiyəli aktyor Onur Seyit Yaranın bacısı onunla bağlı iddialar səsləndirib.

“Qafqazinfo” xəbər verir ki, aktyorun bacısı Leylül qardaşının ona, həyat yoldaşına və valideynlərinə psixoloji şiddət göstərdiyini bildirib.

“Qardaşım davamlı olaraq bizi narahat edir, xaosu sevdiyini deyir. Kimsə bizə kömək etsin. Bizə silah göstərərək öldürməklə təhdid edir. Mənim və ya ərimin başına bir iş gələrsə, bunun səbəbkarı Onurdur. Guya o peyğəmbərdir”, - deyə o vurğulayıb.

Daha sonra o, sözügedən açıqlamanı qardaşı ilə arasındakı problemlərə görə verdiyini söyləyib: “Qardaşımla aramızdakı mübahisəni şişirdib buraya daşıdım. Anlaşılmazlığa səbəb olduğum üçün hər kəsdən üzr istəyirəm”.

29 yaşlı aktyor isə sosial şəbəkə hesabında açıqlama yayaraq bacısının psixoloji problemləri olduğu üçün belə etdiyini deyib: “Bacım psixoloji depressiya səbəbindən müalicə alır. Buna görə də onunla bağlı məhkəməyə müraciət etməyəcəm”.

Qeyd edək ki, Onur Seyit sonuncu dəfə “Kardeşlerim” və “Yan oda” seriallarında rol alıb.