Qardaşını qətlə yetirən şəxslə bağlı - Rəsmi açıqlama

qardasini-qetle-yetiren-sexsle-bagli
Oxunma sayı: 2628

Oğuz rayon prokurorluğu qardaşını qətlə yetirən şəxslə bağlı açıqlama yayıb.

Oğuz rayon prokurorluğundan "Qafqazinfo"ya verilən məlumata görə, aprelin 2-də rayon sakini, 1976-cı il təvəllüdlü Aqil Şirinovun almış olduğu xəsarətdən xəstəxanada ölməsi barədə prokurorluğa məlumat daxil olub.

Araşdırmalarla zərərçəkmişin qardaşı, 1973-cü il təvəllüdlü Namiq Şirinovun yaşadığı evin həyətində Aqil Şirinova bıçaqla xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb. Namiq Şirinov şübhəli şəxs qismində tutulub. İstintaq davam edir.

Həmçinin oxuyun: Qardaşını ürəyindən bıçaqlayaraq qətlə yetirdi