Qəbələ rayonunda ölüm hadisəsi baş verib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə aprelin 13-də saat 06 radələrində baş verib. Rusiya vətəndaşı, 1956-cı il təvəllüdlü Faxrəddin Qasımov qonaq gəldiyi qardaşı Mirzalının evində vəfat edib. Rayon prokurorluq əməkdaşları tərəfindən meyitə baxış keçirilib, ölüm səbəbinin müəyyən olunması üçün məhkəmə-tibb ekspertizası təyin edilib.
Mərhumun uzun müddətdir şəhər xəstəliyindən əziyyət çəkdiyii bildirilir. Qəbələ rayon prokurorluğunda araşdırma aparılır.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər