Qardaşlar kənddə evdən 40 minlik oğurluq ediblər

qardaslar-kendde-evden-40-minlik-ogurluq-edibler
Oxunma sayı: 1326

Biləsuvar rayonunda külli miqdarda oğurluq edən qardaşlar saxlanılıb.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, sentyabrın 7-də Digah kəndindəki evlərin birindən 23200 manat pul və 18000 manat dəyərində qızıl əşyalar oğurlanıb.

Cinayəti törətməkdə şübhəli bilinən Biləsuvar rayon sakinləri Toğrul Xəlilov və qardaşı Faiq saxlanılıb.