Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycanda sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin təltif edilməsi haqqında sərəncam imzalayıb.
“Qafqazinfo”nun məlumatına görə, sərəncama əsasən, Azərbaycan Respublikasının iqtisadi inkişafına verdikləri töhfəyə və sahibkarlıq sahəsində səmərəli fəaliyyətlərinə görə təltif olunanlardan biri də “Qardaşlar Mebel” QSC-nin təsisçisi Əli Mirzəyevdir.
Prezidentin sərəncamı ilə Əli Mirzəyev “Tərəqqi” medalı ilə təltif edilib.
Son xəbərlər
Son Xəbərlər