Qardaşlar məktəbdən qayıdan azyaşlıya qarşı quldurluq etdilər

qardaslar-mektebden-qayidan-azyasliya-qarsi-quldurluq-etdiler
Oxunma sayı: 1728

Paytaxtın Nizami rayonunda yetkinlik yaşına çatmayan 15 yaşlı uşağa qarşı quldurluq edilib. 

“Qafqazinfo” xəbər verir ki, hadisə zamanı naməlum şəxslər zərərçəkən orta məktəbdən qayıdan zaman ona yaxınlaşaraq fiziki zor tətbiq edib iki ədəd mobil telefonunu əlindən alıblar.

Əməliyyat-axtarış tədbirləri nəticəsində zərərçəkənin 2 ədəd mobil telefonunu quldurluq yolu ilə almaqda şübhəli bilinən Şirvan şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar İlkin Orucov və qardaşı Murad Orucov saxlanılıblar. Hadisə zamanı Murad və İlkinlə bərabər quldurluq cinayətində iştirak edən Xalid Quliyev isə bir müddət əvvəl narkotik vasitələrin qanunsuz olaraq alqı-satqısı ilə məşğul olduğu üçün tutulub.

Faktla bağlı toplanan materiallar araşdırılması üçün Nizami RPİ-nin İstintaq Şöbəsinə göndərilib.