“Qardaşlarımın öldüyünü mənə demədilər”

qardaslarimin-olduyunu-mene-demediler
Oxunma sayı: 5959

Əməkdar artist, məşhur aparıcı Nailə İslamzadə “Ömrün fəsilləri”verilişinin qonağı olub.

“Qafqazinfo” xəbər verir ki, İslamzadə proqramda qardaşının xərçəng xəstəliyinə yoluxduğunu söyləyib.

İki qardaşını itirən aparıcı məcbur efirə çıxdığını bildirib:

“Ailəm Bakıda qalmağımı istəmirdi. Mən də işə girdim, düşündüm ki, bir az işləyib sonra gedərəm. Öz evimizə, rayonumuza çox bağlı idim. Amma elə oldu ki, burada qaldım, ailə həyatı qurdum. Ailəm televiziyada hansı komanda ilə işlədiyimi, hansı şəraitdə çalışdığımı görüb sakitləşdilər. Televiziyada məni yaxşı qarşıladılar. Sonradan sirli səbəblərə görə arada narazılıqlar oldu. Onlar da sonradan sovuşub getdi. Çox çalışqan idim. Əlimdə kitab, arasında qəzet tutub təcrübəli diktorların arxasınca gəzirdim. Onları oxumamış, efirə çıxmazdım.

Televiziyada işləyəndə atam rəhmətə getdi. Onun yasını yola verib, efirə çıxıb normal yola verirdim. Qardaşımın biri xərçəng idi, xəstəlikdə, digəri isə qəzada öldü. Hər iki qardaşım rəhmətə gedəndə Azərbaycanda olmamışam. TRT Avaz-da veriliş aparırdım, yazırdım. Təsadüfən fasilə oldu və "Facebook"a girdim, gördüm ki, mənə başsağlığı verirlər. Sonradan anladım ki, belə hadisə olub, qardaşım vəfat edib və mənə demirlər. Bilmədim necə edim, verilişi necə aparım. Məcburən efirə çıxdım. Hələ elə ağır veriliş aparmamışdım”.