Qardaşların güllələnməsi ilə bağlı açıqlama – - Rəsmi

qardaslarin-gullelenmesi-ile-bagli-aciqlama-
Oxunma sayı: 5289


Qaradağ rayonunda iki şəxsi öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Baş Prokurorluqdan “Qafqazinfo”ya verilən məlumata görə, hadisə yanvarın 8-də saat 17 radələrində baş verib. Qaradağ rayonu, Sahil qəsəbəsində yaşayan Zaur Tərlanov aralarında yaranmış mübahisə zəminində özünə məxsus “Vinçester” markalı odlu silahdan Sahil qəsəbəsinin girişində yolun kənarında dayanan “Leksus” markalı avtomobilin içərisində oturan həmin qəsəbə sakinləri Cavid və Cahid Rəhimov qardaşlarına bir neçə dəfə atəş açaraq onları qəsdən öldürüb hadisə yerindən qaçıb.

Daxil olan məlumat əsasında dərhal hadisə yerinə və meyitlərə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq müvafiq ekspertizalar təyin edilib.

Rayon Polis İdarəsi və prokurorluğun əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Z.Tərlanov tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Murad Əhməd